SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 261 840 hərbçisi zərərsizləşdirilib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 4 414 tank, 8 579 zirehli maşın, 5 450 artilleriya sistemi, 733 reaktiv yaylım atəşi sistemi, 500 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 4 387 PUA, 1 419 qanadlı raket, 18 gəmi/qayıq, 7 909 avtomobil texnikası və avtosistern, 820 xüsusi texnikadan ibarətdir.

BAKU.WS