SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 258 820 hərbçisi zərərsizləşdirilib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 4 373 tank, 8 488 zirehli maşın, 5 318 artilleriya sistemi, 722 reaktiv yaylım atəşi sistemi, 491 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 4 324 PUA, 1 406 qanadlı raket, 18 gəmi/qayıq, 7 745 avtomobil texnikası və avtosistern, 800 xüsusi texnikadan ibarətdir.

BAKU.WS