SİZİN REKLAM BURADA!
055 213 76 73


Hindistanın “Munitions India Limited” silah şirkətinin rəhbəri “Cənubi Qafqaz ölkələrindən birindən” qumbaraların modifikasiyası üçün hökumət sifarişi aldığını açıqlayıb.

Bu barədə “Indian Defense Updates” yutub kanalı bildirib.

Sifarişçi ölkənin adı çəkilməsə də, söhbətin, yəqin ki, Ermənistanda getdiyi vurğulanıb.

Bundan başqa, Hindistanın digər silah şirkəti “Bharat Forge” cari ilin birinci rübündə müdafiə silahlarının rekord səviyyədə satışını, o cümlədən Ermənistana MArG özüyeriyən haubitsalarının, eləcə də Təkmil yedəkli artilleriya sisteminin (ATAGS) gətirildiyini bildirib.//report

BAKU.WS