SİZİN REKLAM BURADA!
055 213 76 73


Böyük Britaniya Ukraynaya 45 000 artilleriya mərmisi və 20 AS-90 özüyeriyən artilleriya qurğusunu təhvil verməyi planlaşdırır.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən “Daily Express” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Britaniyanın “Vickers” şirkətinin istehsalı olan özüyeriyən silahlar gələn həftə Polşaya göndəriləcək və burada Ukrayna hərbçiləri yeni texnikanın istifadəsi üzrə təlim keçəcəklər. Bundan sonra onun Ukraynaya göndərilməsi planlaşdırılır.

Böyük Britaniya ordusu tərəfindən aktiv şəkildə istifadə edilən özüyeriyən artilleriya qurğusu 155 mm-lik topla silahlanıb. Maksimum atış məsafəsi 24 km, atəş sürəti isə 10 saniyədə 3 atışdır.

BAKU.WS