SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya müharibə reallıqları qarşısında hərbi strukturlarını genişləndirir. Daha bir yeni birləşmə - 18-ci Əlahiddə Ümumqoşun Ordusu yaradılır.

BAKU.WS xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

Xülasədə qeyd edilib ki, hərbi birləşmə hazırda Xerson vilayətində fəaliyyət göstərən digər bölmələrin, eyni zamanda Krımdakı Rusiya qarnizonunu təşkil edən 22-ci Ordu Korpusunun birləşdirilməsi və gücləndirilməsindən ibarət olacaq.

Britaniya kəşfiyyatının məlumatına görə, yeni ordu əsasən səfərbər edilmiş şəxsi heyətdən ibarət olacaq və Ukraynanın cənubundakı müdafiə əməliyyatlarına yönəldiləcək.

BAKU.WS