SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ dövlət katibi Entoni Blinken Konqresi Ukraynaya əlavə yardım üçün 24 milyard dollar ayırmağa çağırıb.

Bu barədə “Report” “CNN”ə istinadən xəbər verir.

Onun sözlərinə görə, ABŞ prezidenti Cozef Bayden Ukraynaya hərbi, iqtisadi və humanitar sahələrdə dəstəyi davam etdirmək üçün Konqresdən 24,1 milyard dollar istəyib.

Blinken qeyd edib ki, ABŞ onlarla başqa ölkə ilə birlikdə ədalətli sülh əldə olunana qədər Ukraynanı dəstəkləməyə davam edəcək.

BAKU.WS