SİZİN REKLAM BURADA!
055 213 76 73


Kinoteatrlarda "Barbie" filminin nümayişindən əvvəl dünyada yaşanan "Barbie" trendi geyimlərdən aksessuarlardan sonra yas mərasimlərində tətbiq edilməyə başlanılıb.

BAKU.WS xəbər verir ki, El Salvadorda insanların dəfn olunması üçün üz hissəsi çəhrayı rəngli, içərisində isə "Barbie" şəkilləri olan tabutlar hazırlanır.

Bildirilir ki, əvvəl tabutu hazırlayan şəxlər bu trendə qoşularaq daha çox pul qazanacaqlarını düşünüblər. Daha sonra isə düşündüklərini reallaşdırıblar.

Bu işlə məşğul olan ustalar qeyd edib ki, tabutlara tələbat artıb. Hətta özü üçün sağlığında "Barbie" tabutu sifariş edənlər də var. Belə tabutlara kütləvi tələbat olduğundan ustalar daha çox tabut hazırlayacaqlar.

BAKU.WS
QALEREYA