SİZİN REKLAM BURADA!
055 213 76 73


Banqladeşin müxalifəti və hakim partiyasının tərəfdarları artıq ikinci gündür ki, Dəkkədə minlərlə insanın qatıldığı etiraz aksiyası keçirir, iyirmiyə yaxın polis yaralanıb, azı 90 nəfər saxlanılıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə paytaxtın Polis İdarəsinin nümayəndəsi Faruk Əhməd məlumat verib.

Banqladeş Millətçi Partiyasının tərəfdarları 2009-cu ildən bəri hakimiyyətdə olan və müxalifət tərəfindən demokratik azadlıqları boğmaqda ittiham olunan Baş nazir Şeyx Hasinanın istefası tələbi ilə son həftələr etiraz aksiyası keçirirlər. 2024-cü ilin yanvarında ölkə parlamentinə növbəti seçkilər keçirilməlidir.

Müxalifət Hasinanın istefasını və keçid hökuməti altında seçkilərin keçirilməsini tələb edir. Onların fikrincə, bu, seçkilərin ədalətli baş tutmasına zəmanət verəcək.

BAKU.WS