SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda 115 nəfərin qaldığı ikimərtəbəli qocalar evində yanğın olub.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 02:15 radələrində Darüşşafaka Məhəlləsində baş verib.

Məlumata görə, yanğın binanın camaşırxanasında naməlum səbəbdən olub.

Əraziyə çox sayda yanğınsöndürən və sağlamlıq qrupları cəlb edilib.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın zamanı ölən və yaralanan olmasa da, bir nəfər tüstüdən zəhərlənib.

Daha sonra təxliyyə edilən qocalar evinin sakinləri yanğınsöndürənlər tərəfindən yenidən otaqlarına aparılıb.

BAKU.WS
QALEREYA