SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ağ Ev rəhbəri Cozef Baydeni Pentaqonun artilleriya sursatlarının çatışmazlığını etiraf etdiyinə görə sərt tənqid edib.

BAKU.WS xəbər verir ki, bu barədə Tramp "Fox News"a müsahibəsində bildirib. 

Tramp qeyd edib ki, onun prezidentliyi dövründə ABŞ hərbi anbarları kifayət qədər silahla dolu olub.

O, Baydenin Çinə və digər ölkələrə ABŞ-nin silah-sursatının bitdiyini söylədiyini diqqətə çatdırıb.

"Bu şəxs durub dünyaya bəyan edir ki, döyüş sursatlarımız yoxdur. Əgər sən hər şeyi paylayıb qurtarmısansa, bu, dəhşətdir. Ən pisi də bunu bütün dünyaya bəyan etməkdir. Nə qədər axmaq olasan ki, bu sözləri bəyan edəsən?", - Tramp əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Bayden ABŞ-nin Ukraynaya göndərəcəyi sursatın tükəndiyini bildirmişdi.

BAKU.WS