SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) prezidenti Akihiko Tanaka ilə ölkənin müharibədən sonra bərpa və yenidənqurma məsələlərini müzakirə edib.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Prezidentin Ofisi məlumat yayıb.

Dövlət başçısı Yaponiyaya "Böyük Yeddiliy"ə (G7) sədrlik dövründə Ukraynaya göstərdiyi dəstəyə görə təşəkkür edib.

Zelenski, həmçinin müharibə başlayandan Ukraynaya 1,1 milyard dollardan çox yardım edən Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinə minnətdarlıq ifadə edib.

Qeyd edilir ki, JICA agentliyi Kiyevdə Bortniçeski aerasiya stansiyasının modernləşdirilməsinə qoşulacaq.

BAKU.WS