SİZİN REKLAM BURADA!
055 213 76 73


Ginnesin rekordlar kitabı tərəfindən dünyanın ən yaşlı qadını kimi tanınan yapon qadın Keyn Tanaka bu gün 119 yaşını qeyd edir.

BAKU.WS APA-ya istinadən bildirir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Tanaka Fukuokadakı qocalar evində yaşayır və bəzi məhdudiyyətlərinə görə qohumları ilə görüşmək imkanı çox azdır.

Yapon qadın 2 yanvar 1903-cü ildə anadan olub. Onun əri və böyük oğlu İkinci Dünya Müharibəsi zamanı həlak olub.

Tanaka bütün həyatı boyu müharibədən əvvəl açılmış şirniyyat mağazasında çalışıb. 1970-ci illərdə təqaüdə çıxandan sonra o, bir neçə dəfə ABŞ-a səfər edib. 2005-ci ildən Fukuokada qocalar evində yaşayır.

BAKU.WS