SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin NATO və Rusiya qarşısındakı mövqeyini dəyərləndirən Bild Ərdoğana işarə edərək, "Onsuz heç bir şey alınmaz", - deyib. Prezident Ərdoğanı "Qərbin yeni güclü adamı" adlandırırlar.

BAKU.WS "Ensonhaber"ə istinadən xəbər verir ki, Türkiyənin İsveçin NATO üzvlüyü və ondan sonra əldə etdiyi razılaşmaya münasibəti Qərb mediasının gündəmini zəbt etməkdə davam edir.

Ankara terrora qarşı qətiyyətli mübarizədən əlavə, Stokholmdan Gömrük İttifaqının yenilənməsi, Avropa İttifaqına üzvlük prosesinə dəstək və viza rejiminin liberallaşdırılması ilə bağlı öhdəliklər alıb.

NATO hərbi alyansındakı kritik rolu ilə yanaşı, Türkiyə Rusiya-Ukrayna müharibəsindən sonra kəsilən taxıl tədarükünü açan ölkədir.

Prezident Rəcəb Tayyib Ərdoğan və hökumətinin müxtəlif sahələrdə üzərinə götürdüyü rollar Almaniyanın gündəmindən düşmür.

Ərdoğanın İsveçin NATO-ya üzvlüyünün yolunu açdığını ifadə edərək, "Qərbdə bir çox insan onu tərifləyir", - yazan Bild qəzeti bir daha diqqətçəkən xəbər yayıb.

"Ərdoğan hər zamankından daha güclüdür", - başlıqlı xəbərdə Türkiyə prezidentinin həm Qərb, həm də Rusiya ilə münasibətlərdə tutduğu mövqe fərqli ifadələrlə dəyərləndirilib.

Məqalədə deyilir ki, "NATO-nu şantaj edir. O, həm Putinlə, həm də Zelenski ilə işləyə bilər".

Ərdoğanla bağlı, "O, sövdələşməçi kimi tanınır. Onsuz heç nə alınmır", - paylaşımı da edilib.

Əvvəllər Ərdoğanı “Qərbin xilaskarı” adlandıran “Bild” indi, “O, Qərbin yeni güclü adamıdır”, - deyə vurğulayıb.

BAKU.WS