SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 231 700 hərbçisi zərərsizləşdirilib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 4 062 tank, 7 917 zirehli maşın, 4 288 artilleriya sistemi, 656 reaktiv yaylım atəşi sistemi, 395 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 309 helikopter, 3 614 PUA, 1 264 qanadlı raket, 18 gəmi/qayıq, 6 865 avtomobil texnikası və avtosistern, 598 xüsusi texnikadan ibarətdir.

BAKU.WS