SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 204 360 hərbçisi zərərsizləşdirilib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 789 tank, 7 419 zirehli maşın, 3 318 artilleriya sistemi, 565 reaktiv yaylım atəşi sistemi, 327 hava hücumundan müdafiə sistemi, 309 təyyarə, 295 helikopter, 2 864 PUA, 1 015 qanadlı raket, 18 gəmi/qayıq, 6 139 avtomobil texnikası və avtosistern, 433 xüsusi texnikadan ibarətdir.

BAKU.WS