SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya ordusunun Kramatorsku bombalaması nəticəsində ağır yaralanan ukraynalı yazıçı Viktoriya Amelina həyatını itirib.
 
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, yazıçı iyunun 27-də ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi.
 
Həmin gün yazıçı kolumbiyalı jurnalist və yazıçılardan ibarət nümayəndə heyəti ilə “Ria Lounge” restoranında nahar edib.
 
Restorana düşən raket nəticəsində qadın ağır yaralanıb.
Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

 
BAKU.WS