SİZİN REKLAM BURADA!
055 213 76 73


NATO-nun baş katibi Yens Stoltenberqin daha bir il vəzifəsində qalacağı gözlənilir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Euractiv" portalı alyansdakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, onun səlahiyyət müddətinin iyunun 28-də uzadılması ehtimalı böyükdür.

NATO diplomatları Stoltenberqin böhran vəziyyətlərində hərbi alyansı idarə etmək bacarığını xüsusi qeyd ediblər. Onların fikrincə, baş katibin səlahiyyət müddətinin uzadılması vaxta qənaət edəcək və diqqəti Ukraynaya dəstəyə yönəldəcək.

BAKU.WS