SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün süni tənəffüs aparatına qoşulan türkiyəli müğənni Özkan Uğurdan xəbər var. 

BAKU.WS Türkiyə KİV-ə istnadən xəbər verir ki, sənətçinin yaxınları onun səhhətində müəyyən irəliləyiş olduğunu bildiriblər. 

Bu barədə müğənninin həyat yoldaşı Aysun Uğurla oğlu Alişan Uğur açıqlama veriblər:

"Gözəl xəbərlər almağa başladıq. Həkimlərin şücaəti və Allahın istəyi ilə indiyə qədər edilən müalicələrin əks təsirləri tezliklə aradan qaldırılacaq. Özkanın tez zamanda xəstəxanadan çıxacağına inanırıq. Onun haqqında yayılan bəzi xəbərlərə inanmayın. Çox yaxın zamanda onun yaxşı xəbərlərini biz sizə çatıracağıq. Diqqətinizə görə minnətdarıq".

Xatırladaq ki, arıq 3 aydır Koşuyolu Acıbadem Xəstəxanasının reanimasiya şöbəsində yatan Özkan süni tənəffüs aparatına qoşulub. 

BAKU.WS