SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya ordusu ilə “Vaqner”çilər arasında döyüşlər başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə kadrlar Rusiyanın hökumət yönümlü teleqram kanalında paylaşılıb.

Xatırladaq ki, ötən gün Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bunu Rusiyanın “Vaqner” xüsusi hərbi şirkətinin başçısı Yevgeni Priqojin bildirib.

Rusiya Müdafiə Nazirliyi Priqojinin bəyanatını təkzib edərək qeyd edib ki, döyüşçülərin arxa düşərgələrinə zərbə endirilməsi barədə məlumat təxribat xarakterli informasiyadır və reallığı özündə əks etdirmir.

BAKU.WS
VİDEO