SİZİN REKLAM BURADA!
055 213 76 73


İranda 40 ilə yaxındır fəaliyyət göstərən Mandana kinoteatrı hicaba riayət edilməməsi bəhanəsi ilə bağlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

“Tabnak” saytında dərc olunan xəbərə görə, Mandana kinoteatrının direktoru Məhəmməd Qased Əşrəfi məlumatı təsdiqləyib. 

“Tehranın 8-ci rayon prokurorluğunun göstərişi ilə şənbə günündən etibarən “əxlaq polisi” tərəfindən kinoteatr möhürlənib. Polis kinoteatrın möhürlənməsinin səbəbini tamaşaçıların hicab taxmaması ilə əlaqələndirib və bizə 12 yaşlı hicabsız qızın qısa şalvar geyinməsi, habelə başqa bir qadının da hicabsız olduğunu sübut edən iki şəkil göstərib”, - deyə o, jurnalistlərə bildirib.

BAKU.WS
VİDEO