SİZİN REKLAM BURADA!
055 213 76 73


İranda ötən gecə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) daha bir zabiti öldürülüb.

BAKU.WS xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, hadisə Kirmanşah əyalətinin İslamabad Qərb şəhərində baş verib. Cihad qəsəbəsində bir şübhəlini həbs etmək istəyərkən atışma olub. Qarşıdurmada Mehdi Şahməleki ölüb, daha bir zabit isə ayağından yaralanaraq xəstəxanaya aparılıb.

Qeyd edək ki, Mehdi Şahməleki son iki gün ərzində Kirmanşahda öldürülən sayca ikinci SEPAH zabitidir.

BAKU.WS
VİDEO