SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynanın Krivoy-Roq şəhərində Rusiyanın endirdiyi zərbədən sonra axtarış-xilasetmə əməliyyatı başa çatıb.

BAKU.WS Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak bildirib.

Hücum nəticəsində 11 nəfər həlak olub.

***10:43

Rusiya Silahlı Qüvvələri Ukraynanın Krivoy-Roq şəhərini atəşə tutub.

BAKU.WS Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.

Onun sözlərinə görə, beşmərtəbəli binaya hücum nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb.

Xəsarət alanlardan 19-u xəstəxanadadır.

Dağıntılar altında qalanların olduğu bildirilir.

Məlumata görə, hava hücumundan müdafiə qüvvələri 3 qanadlı raketi məhv edib.

BAKU.WS
VİDEO