SİZİN REKLAM BURADA!
055 213 76 73


"Три дня дождя" rok musiqi qrupunun Yekaterinburqda keçirilən konserti zamanı xoşagəlməz hal yaşanıb. 

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, qrupun solisti Qleb Viktorov sərxoş olduğundan səhnədə ayaq üstə dayana bilməyib. O oturub və oturduğu yerdə yıxılıb. Daha sonra o yerdə əlində mikrofon tutaraq oxumağa başlayıb.

Bu zaman ətafdakı mühafizəçi onu yerindən qaldırmaq istəyib. Həmin an Qleb əlindəki mikrofonu yerə salıb. 

Qrupun prodüseri açıqlama yayaraq baş verən xoşagəlməz hala görə tamaşaçılardan üzr istəyib. 

Xatırladaq ki, Rusiyanın məşhur "Три дня дождя" rok musiqi qrupu 2019-cu ildə yaradılıb. Qleb Viktorov həmin vaxtdan qrupun solistidir. 

BAKU.WS
VİDEO