SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya son raket hücumunda Ukraynanın Kiyev vilayətinə 11 ədəd "İsgəndər-M" və "İskəndər-K" raketləri endirib. Ukrayna hərbçiləri bütün raketləri vurub.

BAKU.WS-in UNIAN-a istinadən məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnı bildirib.

Zalujni xatırladıb ki, Rusiya işğalçıları gün ərzində ikinci dəfə Ukrayna ərazisinə raket hücumu həyata keçiriblər.

Bütün raketlər hava hücumundan müdafiə qüvvələri və vasitələri ilə məhv edilib.

BAKU.WS