SİZİN REKLAM BURADA!
055 213 76 73


“Biz “ATA İttifaqı”nın prezidentliyə namizədi Sinan Oğanın təkliflərini qəbul etməyəcəyik”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, seçkilərin ikinci turunu hansısa siyasətçi yox, Türkiyə xalqı həll edəcək.

R.T.Ərdoğanın sözlərinə görə, 28 may Türkiyə demokratiyası üçün yeni təcrübə olacaq: “Xalqımızın gələcək bazar günündə baş tutacaq seçkilərdə demokratiya üçün seçki məntəqələrinə gedəcəyinə inanıram”.

Qeyd edək ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə R.T.Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq.

İlk turda Türkiyənin hazırkı Prezidenti 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. "ATA İttifaqı"nın namizədi Sinan Oğan 5,17% səs yığıb.

BAKU.WS