SİZİN REKLAM BURADA!
055 213 76 73


İnsanların oturaq həyat tərzi keçirməsi və xeyli artıq çəki alması nəticəsində piylənmə dünyada hipertoniya xəstəliyinin artmasına səbəb olur.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, həkimlər bu xəstəliyi "Səssiz qatil" adlandırıblar. Çünki xəstəlik heç bir simptom olmadan başlaya biləcəyi üçün müalicə olunmamış qalır. Bu vəziyyətdə ilk növbədə ürək, böyrəklər, gözlər və beyin zədələnir.

Bu xəstəlik hər il dünyada 9,4 milyon insanın həyatına son qoyur. Ürək-damar xəstəlikləri, insult, xroniki böyrək çatışmazlığı və atrial fibrilasiyanın inkişafı üçün ən vacib risk faktorlarından biri yenə də hipertoniyadır.

Gələcək illərdə insanlarda bu xəstəlik daha da irəliləyəcək. Hipertoniya böyüklər arasında daha geniş yayılıb. Orta hesabla hələ ki, ən az 30-45 yaş arası insanlarda rast gəlinir. 60 yaşdan yuxarı insanların 60 faizində, 78 yaşında olan əhalinin isə 90 faizində bu xəstəlik mövcuddur. 

Avropa Kardiologiya Cəmiyyətinin 2018-ci il üçün son nəşr olunan hipertoniya təlimatında xəstəliyə məruz qalanların sayının 2025-ci ilə qədər 1,5 milyard insana çatacağı proqnozlaşdırılır.

Bunun qarşısını almaq üçün insanlar mütləq tütün və tütün məhsullarından imtina etməyə təşviq edilməlidir. Bir insan kilolu olarsa, bədən çəkisini azaltmalı və ya ən azı 5-10 faizini itirməlidir. Duz qəbuluna mütləq diqqət yetirilməli və gündəlik qəbulu azaldılmalıdır. 

Sağlam həyat tərzi üçün Aralıq dənizi qidalanma formuluna riayət edilməli, az yağlı, tərəvəz və meyvələrin üstünlük təşkil etdiyi qidalardan yeməli və həftədə ən azı iki dəfə balıq istehlak edilməlidir.

Oturaq həyat tərzindən qaçınmaq, mütəmadi olaraq yaşayışa və fiziki vəziyyətə uyğun ən azı həftənin 5 günü 30 dəqiqə idmanla məşğul olmaq  çox vacibdir.

Məsələnin mənəvi tərəfinə baxsaq, şübhəsiz ki, Meditasiya, Yoga kimi rahatlama texnikaları tətbiq etməklə və ya lazım olduqda davranış qaydalarını düzəltməyə yönəlmiş psixoterapevtik dəstəklə stresdən azad olaraq həyat keyfiyyətini yaxşılaşdırmaq mümkündür.

BAKU.WS