SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya və İran arasında hərbi əməkdaşlığın artması həm Ukrayna, həm də İranın qonşuları üçün təhlükə yaradır.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.

Kirbi qeyd edib ki, ABŞ Rusiya və İranın Moskvaya Ukraynadakı müharibəni davam etdirməsinə kömək edən və İranın qonşuları üçün təhlükə yaradan görünməmiş hərbi tərəfdaşlığı genişləndirdiyinə dair daha çox əlamətlər görür.

Onun sözlərinə görə, əməkdaşlıq çərçivəsində İran Rusiyanı pilotsuz təyyarələrlə təmin edir, keçən ilin avqustundan indiyədək azı 400 ədəd texnika göndərib.

"İranın Rusiyaya verdiyi əsas hərbi yardım pilotsuz uçuş aparatlarıdır. Kreml PUA-ların qabaqcıl növlərini almağa üstünlük verir", - Kirbi əlavə edib.

BAKU.WS