SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiyaya rəsmi səfərə gedib.

Bu barədə BAKU.WS Ukrayna KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Zelenski finlandiyalı həmkarı Sauli Niinistö və bir-sıra rəsmi şəxslərlə görüşəcək.

Görüş zamanı tərəflər Finlandiyanın Ukraynaya dəstəyini, ölkələr arasında ikitərəfli münasibətlər və qlobal geosiyasi vəziyyəti müzakirə edəcəklər.

Danışıqlar başa çatdıqdan sonra prezidentlər birgə mətbuat konfransı keçirəcəklər.

Xatırladaq ki, bu yaxınlarda Finlandiya Ukraynaya yeni hərbi yardım paketi elan edib.

BAKU.WS