SİZİN REKLAM BURADA!
055 213 76 73


Böyük Britaniya kralı III Çarlzın şokoladdan büstü hazırlanıb. 

BAKU.WS xəbər verir ki, 23 kiloqram çəkisi olan şokolad fiqur hər kəsin marağına səbəb olub. 

Büstün ərsəyə gəlməsi üçün 4 həftə boyunca 130 saat vaxt sərf edilib. 17 litrdən artıq əridilmiş şokoladdan istifadə edilib. 

Ərsəyə gələn şokolad fiqur III Çarlza oxşarlığı ilə marağa səbəb olub. Büstü görənlər onun kraldan seçilmədiyini qeyd ediblər.

Xatırladaq ki, gələn ay III Çarlzın tacqoyma mərasimi keçiriləcək.

BAKU.WS
QALEREYA