SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Hadisənin iş adamı Rza Zərrabla mesajlarını yayan jurnalist Yaşar Çakmak həbs olunacaq.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Hadisenin vəkili bu barədə İstanbul Baş Prokurorluğuna şikayət təqdim edib.

Haqqında istintaq başladılan jurnaslist 35 ildir mətbuatda çalışdığını, Hadise ilə bağlı mesajları isə sosial şəbəkə üzərindən bir profil sahibinin ona göndərdiyini bildirib.

Hazırda Yaşar “İnsanlar arasında informasiya mübadiləsinin gizliliyinin ifşa etməsi” maddəsi ilə ittiham olunur. Jurnalistin 4 ildən 9 ilə qədər həbsi tələb edilib.

Onun məhkəməsi gələn ay İstanbul Adliye məhkəməsində baş tutuacaq.

BAKU.WS