SİZİN REKLAM BURADA!
055 213 76 73


“2021 və 2022-ci illərdə Türkiyədə üstü açılmamış cinayət olmayıb. Bütün günahkarlar tapılıb”.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu “CNN Türk”ün efirində deyib.

O bildirib ki, bu, Cümhuriyyət tarixində ilk belə hadisədir: “Əlbəttə, bu da Daxili İşlər Nazirliyi əməkdaşlarının səylərinin nəticəsidir. Bu, o deməkdir ki, həm jandarma, həm polis, həm də digər əməkdaşlarımız vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Türkiyənin turizm, ixracat sahəsində rekorda imza atmasının əsas səbəblərindən biri də şübhəsiz ki, təhlükəsizliyin uğurla təmin olunması ilə bağlıdır. Türkiyə, bəlkə də, heç vaxt bu qədər təhlükəsiz olmayıb. Əlbəttə, qeyri-sabitliyin hökm sürdüyü Suriya və İraqla sərhəddə bunu etmək asan deyil. Avropanın belə qonşuları yoxdur”.

Nazir qeyd edib ki, aprelin 21-də İstanbul şəhərində hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Bağçalıevlər rayonu üzrə kommunikasiya və seçki bürolarına silahlı hücum da araşdırılır: “Bütün versiyalar nəzərə alınır. Artıq tədqiqat başlanıb”.

BAKU.WS