SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanda 400-ə yaxın məktəb region ölkələrinin, o cümlədən Azərbaycan və Türk dillərinin tədrisinə maraq göstərib.

BAKU.WS “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan  mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, məktəblər qonşu ölkələrin dil tədrisi proqramına könüllülük prinsipi ilə daxil ediləcəklər:

“Hələlik türk, Azərbaycan, fars və gürcü dili üzrə müəllimlər tapmaq çətindir. Ən çox kadr çatışmazlığı isə gürcü dili ilə bağlı yaşanır”.

BAKU.WS