SİZİN REKLAM BURADA!
055 213 76 73


Mərhum aktyor Kemal Sunalın (Şaban) özü kimi aktyor oğlu yeni görkəmi ilə müzakirələrə səbəb olub. 

BAKU.WS xəbər verir ki, "Hava Muhalefeti" adlı ekran işində rol alan Ali oynadığı obraza görə xarici görünüşündə dəyişiklik edib. 

Onun saçları tamamilə ağ rəngə boyadılıb və aktyora yaşlı adam qrimi edilib. 

Ali Sunalın yeni görünüşdə lentə alınan fotosu sosial şəbəkələrdə yayılaraq viral olub. İzləyiciləri Alini tanımaqda çətinlik çəkiblər. Onun yeni görünüşünə anası Gül Sunal da münasibət bildirib. 

O, "Bu adamı mən dünyaya gətirmiş ola bilmərəm", - deyərək təəccübləndiyini qeyd edib.

Xatırladaq ki, komediya janrlı "Hava Muhalefeti"ndə Ege Kökenli, Burak Hakkı, Ali Yoğurtçuoğlu, Kemal Uçar kimi aktyorlar da yer alıblar. 

BAKU.WS