SİZİN REKLAM BURADA!
055 213 76 73


Hollivud ulduzu Ben Afflek şəxsi həyatı ilə gündəmə gəlib. 

BAKU.WS xəbər verir ki, aktyor həyat yoldaşı Cennifer Lopezdən danışıb. Sənətçinin bütün mahnılarını sevən və əzbər bilən Ben açıqlaması zamanı fikirlərini belə ifa edib:

"Bu qədər uğura malik bir qadının yanında insan özünü lazımsız hiss edə bilməz. Özümə hörmətim çoxdur. Bəzən onun inanılmaz bir aktrisa və fövqəladə bir müğənni olduğunu tamamilə unuduram. Hərdən maşında onun mahnısı oxuyanda zümzümə edirəm. Sonra yanımda peşəkar bir müğənni olduğunu xatırlayıb susuram".

Qeyd edək ki, cütlük ötən ilin iyulunda Las-Veqasda nikaha daxil olub. Cenniferin Affleklə ilk tanışlığı 2002-ci ildə olub. Onlar 2003-cü ildə evlənəcəyini desə də, 2004-də münasibətlərinə son qoyub. Uzun illərdən sonra isə yenidən bir araya gəliblər. 

BAKU.WS
QALEREYA