SİZİN REKLAM BURADA!
055 213 76 73


"The New York Times", "təsdiqlənmiş hesabda" yəni "mavi işarə"nin qalması üçün pul ödəməyəcəyini elan etdikdən və İlon Maskın tənqidindən sonra tvitterdə "mavi işarə"sini itirib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, tvitter aprelin 1-dən etibarən ödənişli abunəliyin aktiv olacağını elan etdikdən sonra artıq mavi işarələri olan və təyin olunmuş ödənişi etməyən hesablardan təsdiq nişanlarını silməyə başlayıb.

"New York Times" da bəzi digər təşkilatlar və məşhurlarla birlikdə "mavi işarə" üçün pul ödəməyəcəklərini deyib.

Qərar İlon Maskın tənqidinə səbəb olub.

"NY Times"ın əsl faciəsi ondan ibarətdir ki, onların təbliğatı belə maraqlı deyil", - deyə tvitterin sahibi Mask platformada yazıb.

Mövzu ilə əlaqədar tvitterdən rəsmi açıqlama verilməyib və "The New York Times" Muskın şərhlərini cavabsız qoyub.

Qeyd edək ki, "The New York Times"ın tvitterdə 55 milyon izləyicisi var.

Xatırladaq ki, tvitterin yeni qaydalarına əsasən, bir dəfə rəsmi, təsdiqlənmiş hesabları göstərən "mavi işarə"lər ödəniş etməyən hesablardan silinməyə başlayacaq.

BAKU.WS