SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ Prezidenti Cozef Bayden tornado ilə əlaqədar Arkanzas ştatına federal yardımın göstərilməsi ilə bağlı göstəriş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Göstərişə əsasən tornadodan sonra bərpa işlərinin aparılmasında yerli hakimiyyət orqanlarına kömək ediləcək. Yardıma müvəqqəti yaşayış evlərini tikintisi və mənzillərin təmiri də daxildir.

Qeyd edək ki, ABŞ-nin şərq ştatlarını vuran tornadolar nəticəsində azı 26 nəfər həlak olub. Rəsmilər zərərin aradan qaldırılması üçün bölgədə fövqəladə vəziyyət elan ediblər.

Milli Qvardiyanın qüvvələri təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına cəlb olunub. Məlumata görə, 8 ştatı bürümüş təbii fəlakət nəticəsində yaşayış binaları, bir sıra infrastruktur obyektləri, o cümlədən məktəb, kilsə və teatr dağılıb.

BAKU.WS