SİZİN REKLAM BURADA!
055 213 76 73


Venesuela hüquq-mühafizə orqanları antikorrupsiya araşdırması çərçivəsində 42 məmuru saxlayıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Baş prokuroru Tarek Vilyam Saab bildirib.

Baş Prokurorluq bir müddət əvvəl bəzi dövlət qulluqçularının saxlanmasından sonra korrupsiyaya qarşı mübarizəyə başlanıldığını elan edib.

Qeyd olunur ki, "La Nacion" qəzetinin məlumatına görə, korrupsiya ilə məşğul olan şəxslərin saxlanılması əməliyyatı martın 17-də başlayıb. Venesuela Prezidenti Nikolas Maduro ölkənin neft naziri Tarek əl-Aisaminin istefasını qəbul edib və dövlət neft-qaz şirkətindən korrupsiyanı təmizləyəcəyinə vəd verib.

BAKU.WS