SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur aktyor Mehmet Aslantuğ siyasətə qoşulur.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, ona İşçi Partiyasından deputatlığa namizəd olması ilə bağlı təklif gəlib.

61 yaşlı aktyor bunu qəbul edərək namizəd olacağını açıqlayıb. 

“Deputatlığa namizədlik təklifimizi qəbul etdiyi üçün hörmətli Mehmet Aslantuğa dərin təşəkkürümü bildirirəm. Türkiyə İşçi Partiyası sənindir, kapitan!”, - partiyanın rəhbəri Erkan Baş bildirib.

Xatırladaq ki, Mehmet Aslantuğ sonuncu dəfə TRT-də yayımlanan “Yürek Çıkmazı” serialında rol alıb.

Onun hər il qayığı ilə sahilində istirahət etdiyi Ege dənizi bölgələrinin birindən namizəd olacağı bildirilib. Sözügedən şəhərin Muğla olduğu təxmin edilir.

BAKU.WS