SİZİN REKLAM BURADA!
055 213 76 73


Zəlzələ və sel kimi fəlakətləri arda-arda yaşayan Türkiyədə bu dəfə də dəhşətli təbiət hadisələri baş verib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kilis və Qaziantep bölgələrində "Supercell" adlı fırtına yaşanıb. 

Sözügedən ərazilərdə qoz böyüklüyündə dolu və köpük yağmağa başlayıb.

Eyni zamanda həmin bölgələrdə aktiv ildırım və şimşək çaxması müşahidə edilib.
Yaranmış vəziyyət insanları təşvişə salıb.

"Supercell" atmosferin üst qatlarında hava axınlarının tez-tez yön dəyişdirməsi ilə yaranır. Bu hadisə uyğun vəziyyətlərdə dünyanın hər yerində müşahidə oluna bilər.

BAKU.WS
VİDEO