SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanın Qara dəniz sahilində yerləşən Batumi şəhərində uşaq bədbəxt hadisə nəticəsində ölüb.

BAKU.WS "Sputnik Georgia"ya istinadən xəbər verir ki, hadisə Batumi bulvarında, Ardaqani gölü yaxınlığında baş verib.

Qəfil güclənən külək iki uşağın olduğu batutu uçurub.

Hadisə şahidlərinin sözlərinə görə, attraksion təxminən 150 metr aralıda yerə düşüb.

Attraksionda olan uşaqlardan biri ölüb, digəri isə müxtəlif bədən xəsarətləri alaraq xilas olub.

BAKU.WS