SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransada yaşayan türkiyəli TIR sürücüsü Gülfem Zengin xeyirxah addımı ilə medianın diqqətini çəkib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, yaşadığı ölkədən şəxsi TIR-ı ilə zəlzələdən zərərçəkənlərə yardım gətirib. 

Gülfem 4 gün ərzində 6 ölkə keçərək 4 min 300 kilometr yol qət edib və Türkiyəyə çatıb. 

Onun şəxsi TIR-na yüklənmiş yardımlar Kahramanmaraşa çatdırılıb. 

Gənc xanımın bu addımı hər kəs tərəfindən rəğbətlə qarşılanıb. Gülfem Zengin qardaş ölkənin bir sıra xəbər portallarının manşetinə çevrilib. 

BAKU.WS
QALEREYA