SİZİN REKLAM BURADA!
055 213 76 73


Avropa Konfrans Liqasında “Trabzonspor” - “Bazel” matçından əvvəl tribunalarda nümayiş olunan təsvirlər və musiqi hər kəsə duyğulu anlar yaşadıb.

Azarkeşlər Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsini özlərinə məxsus şəkildə yad ediblər.

Azarkeşlərin hazırladığı möhtəşəm xareoqrafiyada Meksikadan gəlmiş Proteo axtarış-xilasetmə iti və Türkiyəyə dəstək verən ölkələrin bayraqları, o cümlədən Azərbaycan bayrağı da yer alıb. Həmçinin, “Həmişə birlikdə olacağıq, yaralarımızı saracağıq” yazılmış plakat da açılıb.

BAKU.WS
VİDEO