SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyaca məşhur ABŞ-li müğənni, aktrisa, prodüser Madonna "Sevgililər Günün"də Türkiyə və Suriyadakı zəlzələ ilə bağlı çağırış edib.

BAKU.WS-in xəbərinə görə, ulduz bu barədə 18,8 milyon izləyicisi olan instaqram hesabında zəlzələdən fotolar paylaşıb.

"Sevgililər günündə hamı sevgidən danışır. Bütün sevgimizi, şəfa enerjimizi bu şiddətli zəlzələdə böyük itki və dağıntılar yaşayan Suriya və Türkiyəyə göndərək. 33 181 nəfər ölüb. Bir çox insan evlərini, işlərini və təbii ki, yaxınlarını itirdi. Şəhərlər silindi. Bu çox kədərlidir", - deyə müğənni qeyd edib.

Madonna AHBAP-a ianə verməyə çağırıb.

BAKU.WS
QALEREYA