SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Hatay vilayətində zəlzələ fəlakətindən sonra axtarış-xilasetmə işlərinin davam etdiyi 6-cı gündə baş verən söküntü işlərinin dronla görüntüsü yayılıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Antakyada dronla çəkilmiş görüntülərə dağıntılar ətrafında insanların və xilasedicilərin fəaliyyəti əks olunub.

Vətəndaşlar Hatayda tapdıqları açıq məkanlarda həyatlarına davam edərkən, dağıntılardan ümidverici xəbərlər gözləyirlər.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində həlak olanların sayı 22 327 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 80 278 nəfər yaralanıb.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

BAKU.WS
VİDEO

QALEREYA