SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Qaziantep şəhərində baş verən zəlzələ nəticəsində telefonla yerini bildirən ata və qızı uzun axtarışlardan sonra dağıntılar altından çıxarılıb.

BAKU.WS bu barədə "Haber Global"a istinadən xəbər verir.

35 yaşlı ata Sezai Karabacak və 4 yaşlı qızı Şengül Karabacak saatlarla davam edən əməliyyat-axtarış tədbirlərindən sonra dağıntılar altından xilas edilib.

S. Karabacak həyat yoldaşının da dağıntılar altında olduğunu bildirərək tapılmasını istəyib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində həlak olanların sayı 21 043 nəfərə çatıb, 80 097 nəfər yaralanıb. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

BAKU.WS
VİDEO