SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin "Demirörən Xəbər Agentliyi"nin (DHA) Kahramanmaraş müxbiri Ömər Koçun Elbistanda baş verən 7,6 bal gücündəki zəlzələdə atası Cemal Koç vəfat edib.

BAKU.WS xəbər verir ki, ətrafdakı insanların köməkliyi ilə dağıntılar altından çıxarılan Cemal Koçu aparıldığı Elbistan Dövlət Xəstəxanasında həkimlərin müdaxiləsinə baxmayaraq, xilas etmək mümkün olmayıb.

DHA müxbirinin anası Remziye Koçun isə fəlakətin üçüncü günü axtarışları davam edir. Ömər Koç binanın dağıntıları qarşısında ümidlə anasını gözləyir.

Xatırladaq ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 18 342 nəfərə çatıb. Son açıqlanan yaralı sayı isə 74 242 nəfərdir. Dağılan binaların sayı 6 444-dür.

BAKU.WS
QALEREYA