SİZİN REKLAM BURADA!
055 213 76 73


Baş verən 7,7 gücündə zəlzələnin ardından Türkiyənin Adana şəhərindən yeni görüntülər yayılıb.

BAKU.WS xəbər verir ki, videoda təbii fəlakət nəticəsində zərər görən binalarda təmir işlərinə başlanıldığı əks olunub.

Belə ki, şəhərin zəlzələ bölgəsində ustalardan biri yeni istifadəyə verilən binanın üstündəki çatları sementlə örtməyə çalışıb. Bununla da binanı tikən MTK həmin binadakı mənzilləri yenidən alıcılara satmaq istəyib.

Lakin onun arzusu ürəyində qalıb.

Belə ki, həmin görüntülər ətrafdakı sakinlər tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb və rezonansa səbəb olub. Görüntülərə narazılıq edən izləyicilər MTK rəhbərini bu vicdansız hərəkətinə görə qınayıblar.

BAKU.WS həmin görüntüləri təqdim edir:

BAKU.WS
VİDEO