SİZİN REKLAM BURADA!
055 213 76 73


Hazırda Türkiyədə dağıntılar altında qalan yüzlərlə vətəndaşın xilasetmə əməliyyatları davam etdirilir.

BAKU.WS xəbər verir ki, dünya ölkələrinin belə Türkiyəyə yardım etdiyi bir vaxtda türkiyəli Selman Altunbaş xoşagəlməz addımı ilə hər kəsin qəzəbinə səbəb olub. 

O, bina uçqunu altında qalan şəxslərə zəng edərək özünü xilasetmə əməkdaşı kimi təqdim edib. Daha sonra onları qaldıqları yerdən qurtaracağını bildirib və gülərək həmin insanları məsxərəyə qoyub.

Selman Altunbaşın bu zarafatı ona baha başa gəlib. Sosial şəbəkələrdə paylaşdığı videodan sonra o, Türkiyə polisi tərəfindən tutularaq həbs edilib. Selmanın 17 yaşı olduğu müəyyən edilib.

Gəncin sosial şəbəkələrdə yayılan səs yazması qəzəbə səbəb olub. İzləyicilər "Bu insanlığa sığan bir hərəkət deyil", "Belə tərbiyəsizləri həbs etmək lazımdır" deyərək onu qınayıblar. 

Zöhrə Pənahi
BAKU.WS
VİDEO