SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 114 130 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 098 tank, 6 167 zirehli maşın, 2 086 artilleriya sistemi, 437 reaktiv yaylım atəşi sistemi, 218 hava hücumundan müdafiə sistemi, 286 təyyarə, 276 helikopter, 1 865 PUA, 723 qanadlı raket, 17 gəmi/qayıq, 4 833 avtomobil texnikası və avtosistern, 184 xüsusi texnikadan ibarətdir.

BAKU.WS