SİZİN REKLAM BURADA!
055 213 76 73


Braziliya prezidenti Lula da Silva keçmiş dövlət başçısı Jair Bolsonaronun tərəfdarlarının törətdiyi iğtişaşlarla əlaqədar ölkə paytaxtında 1 aylıq fövqəladə vəziyyət elan edib.

BAKU.WS xəbər verir ki, bu barədə “Globo” telekanalı məlumat yayıb.

Prezident vurğulayıb ki, fövqəladə vəziyyət yanvarın sonuna kimi qüvvədə olacaq.

Qeyd edək ki,  Braziliyada yanvarın 8-də ölkənin eks-prezidenti Jair Bolsonaronun tərəfdarlarının kütləvi etirazları başlayıb. Etirazçılar ölkənin hazırkı hökumətinin istefası tələbi ilə küçələrə axışıblar. Onlar polislə toqquşub və paytaxtda hökumət binalarına soxulublar. Hüquq-mühafizə orqanları iğtişaşlar zamanı gözyaşardıcı qazdan istifadə edib. Həmçinin Braziliyanın paytaxtında iğtişaşlarda iştirak etdiklərinə görə 400-dən çox adam saxlanılıb.

BAKU.WS
QALEREYA